Gül və Medvedev Qarabağdan danışacaqlar
18 avqust 2011 11:26 (UTC +04:00)

Gül və Medvedev Qarabağdan danışacaqlar

0
Lent.az-ın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, səfər 7-8 sentyabr tarixlərində Yaroslavda keçiriləcək Qlobal Siyasi Forum çərçivəsində baş tutacaq.

Rusiya prezidenti Dmitri Medvedevin sədrliyi ilə keçiriləcək forumda Almaniyanın baş naziri Angela Merkel və Latviyanın sabiq prezidenti Valdis Zatlers də iştirak edəcək. Abdulla Gül forum çərçivəsində Dmitri Medvedev və Angela Merkellə görüşəcək. Abdulla Gül və Dmitri Medvedevin görüşündə Qarabağ münaqişəsi, İranın nüvə proqramı, Əfqanıstan, İraq, Liviya, Misir və Suriyadakı vəziyyət müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 539

Oxşar yazılar