ABŞ Ermənistana 40 milyon dollar yardım edəcək
28 iyul 2011 12:34 (UTC +04:00)

ABŞ Ermənistana 40 milyon dollar yardım edəcək

Növbəti il Ermənistan ABŞ-dan daha az miqdarda maliyyə yardımı alacaq. APA-nın ABŞ Konqresinin xarici əlaqələr komitəsinin saytına istinadən verdiyi məlumata görə, Konqresin xarici maliyyə yardımı üzrə alt komitəsinin qərarına əsasən, 2012-ci ildə Ermənistana 40 milyon dollar ayrılacaq. Bir qədər öncə ermənipərəst konqresmenlər qrupunun hazırladığı ilkin layihədə İrəvana 60 milyon dolların ayrılması təklif olunurdu. Alt komitənin təsdiq etdiyi xarici maliyyə sənədində, ilkin təklifə rəğmən, Dağlıq Qarabağın adı hallanmır. Kongresmen Frenk Pallone başda olmaqla bir sıra konqres üzvləri Dağlıq Qarabağa 10 milyon dollar miqdarında yardım göstərilməsini təklif ediblər. Xarici maliyyə yardımı üzrə alt komitə Azərbaycan və Ermənistana hərbi sahədə maliyyə yardımının həcmini paritet səviyyədə saxlamağa qərar verib. Alt komitənin iclasında konqresmen Adam Şif Azərbaycanı hərbi maliyyə yardımından məhrum etməyə çağırış edib. Hərbi yardımın həcmi hələlik açıqlanmır.


Alt komitənin iclasında çıxış edən natiqlər Ermənistana maliyyə yardımının azaldılmasını hazırda Amerikanın üzləşdiyi maliyyə böhranı təhlükəsi ilə əsaslandırıblar.
Mövcud prosedura görə, xarici yardımlar barədə akt növbəti mərhələdə komitə, sonuncu mərhələdə isə Nümayəndələr Palatası tərəfindən təsdiq olunmalıdır. Bundan sonra sənəd qüvvəyə minmiş olacaq. Komitənin və Nümayəndələr Palatasının qarşıdan gələn iclaslarında Azərbaycana ayıracaq maliyyə yardımı miqdarının məlum olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar