İspaniyalı deputatlar Milli Məclisdə olub
Lent.az-ın məlumatına görə, qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən komitə üzvü Asim Mollazadə Azərbaycanın qədim dövlətçilik tarixindən danışıb, Şərq dünyasında ilk dəfə demokratik parlamentin ölkəmizdə yaradıldığını, qadınlara seçki hüququnun əksər qərb dövlətləri ilə müqayisədə daha öncə verildiyini qeyd edib.
Millət vəkili Qənirə Paşayeva isə qonaqlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları məhv etməsi barədə ətraflı məlumatlar verib. Komitə üzvləri daha sonra Azərbaycan parlamentinin fəaliyyəti, demokratik institutların formalaşması, inkişafı, qadınların ictimai-siyasi həyatdakı rolu barədə qonaqlara ətraflı məlumat verib.
Görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, İspaniya Krallığı Deputatlar Konqresinin xarici əlaqələr komitəsinin sədri Xosep Antonio Duran deyib ki, İspaniya dövlətlərarası əlaqələrin inkişafında maraqlıdır: “Düşünürük ki, bu işdə parlamentlər də mühüm rol oynayırlar. Səfərin əsas məqsədi də bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır”.
Qonaq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirmiş, İspaniyanın bu sahədə də ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıb.

447