Müsavat qurultay hazırlıqlarını müzakirə edib
25 iyul 2011 16:38 (UTC +04:00)

Müsavat qurultay hazırlıqlarını müzakirə edib

Bu barədə Lent.az-a məlumat verən Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib ki, iclasda partiyanın bu il keçirilməsi planlaşdırılan qurultayına hazırlıq məsələsi müzakirəyə çıxarılıb. Divan bununla bağlı partiyanın rayon təşkilatlarına və şöbələrinə müvafiq tapşırıqlar verib.

Daha sonra İctimai Palatanın 2 aprel mitinqində həbs olunan şəxslərin son vəziyyəti ilə bağlı müzakirəyə çıxarılıb. Müsavat Divanı yenə tutulan şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.

Toplantıda, eyni zamanda hüquq-müdafiəçisi Vidadi İsgəndərlinin işi ilə bağlı məsələ də diqqətdə çatdırılıb. Bildirilib ki, V. İsgəndərlinin işi ilə bağlı şahidlik edənlər şəxslərə təzyiqlər olunur.

Müsavat Divanı, həmçinin, Norveçin paytaxtı Osloda baş verən terror aktında həlak olanlardan dolayı Norveç xalqına baş sağlığı verib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar