“Kölgə parlamenti” payıza qaldı
25 iyul 2011 15:14 (UTC +04:00)

“Kölgə parlamenti” payıza qaldı

“İndi havalar istidir, hamı istirahətdədir. Hər kəslə bir-bir zəngləşib, danışmaq olmur. Əgər ideya insanlara maraqlı gəlsəydi, o zaman onlar öz istirahətlərini yarıda saxlayıb, prosesdə iştirak edərdilər. Belə olan halda, “kölgə parlamenti” ideyası təbii ki, payıza qalacaq”.

Bunu Lent.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, həm bu məsələyə olan hücumlar, həm də pərdəarxası bu ideya ətrafında baş verən olaylar “kölgə parlamenti” ideyasının reallaşmasını şübhə altına alır: “İctimai Palata, həmçinin, Vətəndaş və İnkişaf, Liberal Partiyaları bu ideyaya qarşıdırlar. O cümlədən, görünür, “kölgə parlamenti”ndə iştirak etməli olan şəxslər bu ideya barədə məlumatsızdırlar və ya ideyanı aydın başa düşmürlər”.

S. Cəlaloğlu qeyd edib ki, istənilən halda, “kölgə parlamenti” ideyasının cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli olduğu anlaşıldığı zaman bu ideya gerçəkləşəcək.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar