Azərbaycan və Polşa nümayəndə heyətləri görüşdü
İyulun 25-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Polşa Respublikasının prezidenti Bronislav Komorovskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, görüşdə prezident İlham Əliyev qonaqları salamlayaraq bildirib ki, bu səfər çox böyük əhəmiyyət verir və səfərin Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox böyük töhfə verəcəyinə əmindir: “Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar əməkdaşlığa yeni təkan olacaq”.
İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bəyan edən ölkə başçısı iqtisadi sahədə əlaqələrin də yaxşı perspektivlərinin olduğunu bildirib. Polşa ilə enerji sektorundakı əməkdaşlıq haqqında da fikir mübadiləsi aparıldığını diqqətə çatdıran prezident İlham Əliyev iki ölkə arasındakı əlaqələrin bütün sahələri əhatə etməsini və Polşa-Azərbaycan dostluğunun uğurla davam etdirilməsini istədiyini vurğulayıb.
Azərbaycanda olmaqdan çox şad və məmnun olduğunu bildirən Polşa prezidenti Bronislav Komorovski deyib ki, Azərbaycanı yerləşdiyi regionda olduqca mühüm, əhəmiyyətli rol oynayan ölkə kimi qəbul edirlər. O, iki ölkə arasında münasibətlərin bu səfərdən sonra daha da inkişaf edəcəyini qeyd edib.
Azərbaycanın iqtisadi sahədəki nailiyyətlərinin ölkəyə böyük hörmət qazandırdığını bəyan edən Polşa dövlət başçısı işgüzar dairələrdə ölkəmizə olan marağın get-gedə artdığını vurğulayıb.

613