Elmar Məmmədyarov Rumıniya səfirini qəbul edib
20 iyul 2011 17:30 (UTC +04:00)

Elmar Məmmədyarov Rumıniya səfirini qəbul edib

Nazirliyin mətbuat xidmətinin Lent.az-a verdiyi məlumata görə, səfir N. Ureke Azərbaycanda Rumıniyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir, bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlıq içərisində olduqlarını qeyd edib.


E. Məmmədyarov səfir Nikolae Urekeyə xoş arzularını bildirib və ona gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar