
“Xəzərin statusuna dair çərçivə Konvensiyasının imzalanmasına mane yoxdur”
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Moskvada Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupun xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən 29-cu iclasında iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, məsələlərin xarakteri, mürəkkəbliyi və bir-birinə bağlılığı tərəflərin öz mövqelərini razılaşdıra bilməsi üçün əlbəttə ki, kifayət qədər vaxt tələb edir: “Bizim vəzifəmiz bu mövqeləri uzlaşdırmaq, yaxınlaşdırmaq və açıq qalmış məsələləri həll etməkdir. Bütün tərəflər Konvensiyanın razılaşdırılması üzrə işi sürətləndirmək istəyir”.
Qeyd edək ki, Moskva görüşündə Xəzəryanı ölkələrin rəhbərlərinin növbəti sammitinin vaxtı və gündəliyi müəyyənləşməlidir.
Qeyd edək ki, Moskva görüşündə Xəzəryanı ölkələrin rəhbərlərinin növbəti sammitinin vaxtı və gündəliyi müəyyənləşməlidir.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53