DAK-da qalmaqal: Sabir Rüstəmxanlı həmsədrlikdən çıxarıldı?
İyulun 19-da Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib. Qurumdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, iclasda DAK-ın həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniyanın və Daimi Şuranın sədri Əjdər Tağızadənin fəaliyyəti müzakirə olunub.
Müzakirələrdən sonra qərar qəbul edilib. Qərarda deyilir ki, DAK Həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya DAK-ın Nizamnaməsini davamlı olaraq kobud şəkildə pozaraq özbaşına, məsuliyyətsiz qərarlar vermələri, Nizamnaməyə heç bir məhəl qoymadan öz şəxsi istəklərinə uyğun qanunsuz hərəkətlər etmələri, DAK-ın fəaliyyətində yüksək xidmətlər göstərmiş şəxsiyyətlərə qarşı apardıqları neqativ fəaliyyətlərindən dolayı həmsədrlikdən azad olunurlar.
Həmçinin, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə tutduğu vəzifədən kənarlaşdırılıb. Daimi Şuranın fəaliyyəti növbəti qurultaya qədər dayandırılıb. DAK həmsədrlərinin səlahiyyətləri isə növbəti qurultaya qədər qurumun İdarə Heyətinə həvalə edilib. İdarə Heyəti həmçinin, Sabir Rüstəmxanlıya və Əjdər Tağızadəyə töhmət elan edilməsi barədə qərar çıxarıb.
Müzakirələrdən sonra növbədənkənar qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. DAK İdarə Heyətinin üzvləri Mirəşrəf Fətiyev, Bəhruz Həqqi, Hüseyn Vüsuqi, Baba Tağıyev, Oqtay Hüseynov, Fərəməz Quluzadə və Səftər Rəhimli Qurultaya Hazırlıq Təşkilat Komitəsinin üzvləri seçiliblər.
Sabir Rüstəmxanlı məsələ ilə bağlı Lent.az-a açıqlamasında bildirib ki, DAK İdarə Heyətinin adından yayılan bu qərarın heç bir hüquqi əsası yoxdur: “Bu, ötənlərdə qurumdan kənarlaşdırdığımız şəxsin (Səftər Rəhimli nəzərdə tutulur –red.) əməlləridir. Məqsəd DAK-da yenidən aranı qarışdırmaq, təşkilatı parçalamaqdır. Əvvəla, həmin adamlar harada yığışıb toplantı keçiriblər, bu müəmmalıdır. İkincisi də, onların səlahiyyəti yoxdur ki, belə bir bəyanat versinlər. İdarə Heyətinin əsas üzvləri kənarda qalıb. Onlar yığışıb belə bir qərar verə bilməzlər”.
S. Rüstəmxanlı onu da bildirib ki, DAK-ın Nizamnaməsi belə bir qərarın verilməsini istisna sayır və heç kimə belə bir hüquq vermir: “Bu məsələ hələ qurultay zamanı da olmuşdu. Ancaq o zaman camaatın iradəsi buna imkan vermədi və qurultay öz qərarını verdi. İndi isə yenidən həmin araqarışdıranlığı eləmək istəyirlər. Məqsəd DAK-ı insanların gözündən salmaqdır”.
Anar GƏRAYLI

444