Türkiyəli jurnalistlər SAM-da oldu
19 iyul 2011 16:11 (UTC +04:00)

Türkiyəli jurnalistlər SAM-da oldu

0
Bu gün Türkiyənin bir sıra aparıcı mətbu orqanları - “Milliyət”, “Hürriyət”, “Radikal”, “Zaman”, “Todayzaman”, “Habertürk” qəzetlərinin təmsilçilərinin ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları ilə görüşü keçirilib.


SAM-dan Lent.az-a verilən məlumata görə, qonaqlara Mərkəzin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilib.


Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən son danışıqlar prosesi, Türkiyədəki son terror aktlarına KİV-in yanaşması, hər iki dövlətdə medianın durumu, birgə layihələr və s. məsələlər ətrafında müzakirələr aparılıb.


Qonaqlar Azərbaycana səfərlərinin məqsədinin ölkəmizlə bağlı Türkiyə mediasındakı boşluğun aradan qaldırılması, daha çox informasiya mübadiləsi və qarşılıqlı əlaqələrinin daha da genişlənməsi olduğunu bildiriblər. Jurnalistlərin qənaətinə görə, Türkiyə və Azərbaycan qardaş dövlət olduğundan onlar istənilən siyasi proseslərdə bir-birilərinə dəstək olmalı, iki ölkə arasındakı siyasi münasibətlərə bir millət iki dövlət prinsipini önə çəkərək, qarşılıqlı maraqlara zidd ola biləcək addımların atılmasına yol verilməməlidir. Bunun üçün ilkin mənbədən məlumatın alınması, qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv olmasının labüdlüyü vurğulanıb.


Görüşdə, həmçinin, regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 548

Oxşar yazılar