“Vəhhabi təlimində “dinsizlik” konsepsiyası mühüm yer tutur”
19 iyul 2011 15:39 (UTC +04:00)

“Vəhhabi təlimində “dinsizlik” konsepsiyası mühüm yer tutur”

“Siyasi məqsəd və zorakılıq fəaliyyətini dinlə pərdələnmək qədimdən mövcuddur. İslam ekstremizminin ideoloqları da əsərlərində hər hansı ekstremist fikirlərini əsaslandırmaq istəyəndə və bu fikir Quranla üst-üstə düşməyəndə, bu müqəddəs kitabın müddəalarına ümumiyyətlə məhəl qoymurlar”.


APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Təhlükəsizliyik Nazirliyinin (MTN) əməkdaşı Elman Qurbanov deyib. O buna misal çəkərək bildirib ki, vəhhabi təlimində “dinsizlik” konsepsiyası mühüm yer tutur: ““Dinsiz” dedikdə, vəhhabilər əsasən yəhudi və xristianları nəzərdə tuturlar. Lakin yəhudi və xristianların “dinsiz”liyini əsaslandıran vəhhabi mətnlərinin heç birində Quranın bu ayəsi nəzərə alınmır: “İman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha axirət gününə (sədaqətlə) inananların və yaxşı iş görənlərin mükafatları Rəbbin yadındadır. (Qiyamət) günündə onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar”. Eləcə də vəhhabi ideologiyasında sistemləşməni təşkil edən əsaslardan biri hesab olunan cihad da yalnız silahlı mübarizə şəklində şərh edilir. Burada da Quran və Sünnəyə istinad edilmir”.


E. Qurbanovun sözlərinə görə, hətta şərti olaraq terrorçuların həqiqətən İslam uğrunda mübarizə apardıqları qəbul oluna bilər: “Lakin bu halda belə şəriət qaydalarını birinci elə onların özləri pozurlar. Çünki bir çox müsəlman ilahiyyatçı və hüquqşünaslarının şərhlərinə görə, qanuni müharibə aparıldıqda belə, qadın və uşaqları, qoca və ruhaniləri, sənətkar və əkinçiləri öldürmək qadağandır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar