Azərbaycan Prezidenti Xızıda Heydər Əliyev Mərkəzinin açılışına qatılıb
19 iyul 2011 14:18 (UTC +04:00)

Azərbaycan Prezidenti Xızıda Heydər Əliyev Mərkəzinin açılışına qatılıb

Lent.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı Xızı şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident İlham Əliyevə parkda görülmüş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev prospektində yerləşən parkda yaşıllıqlar salınıb, 6 mindən çox dekorativ kol və ağac əkilibmiş, müasir işıqlandırma sistemi quraşdırılıb, bayraq meydanı yaradılıb. Parkda sakinlərin istirahəti üçün hər cür şərait var. Heydər Əliyev Mərkəzinin binası parka xüsusi gözəllik verir.


Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, sonra bina ilə tanış olub.

Prezident İlham Əliyevə məlumat verilib ki, Mərkəzin tikintisinə bu ilin mayında başlanılıb. Burada Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xarici ölkələrə və regionlara səfərlərini əks etdirən 14 fotoguşə yaradılıb.


Mərkəzdə 90 nəfərlik akt zalı, konfrans zalı, müasir avadanlıqla təchiz olunmuş xidməti otaqları var. Burada Azərbaycan tarixini və ədəbiyyatını, xarici dil öyrənmək istəyənlər, eləcə də rəsm həvəskarları üçün şərait yaradılıb.

Mərkəzin kitabxanasında Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın dünya oftalmologiya elminə verdiyi töhfələrdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərindən bəhs edən nəşrlər var.


Dövlət başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar