Ermənilər yenidən Brayzanın əleyhinə kampaniyaya başlayıb
19 iyul 2011 14:09 (UTC +04:00)

Ermənilər yenidən Brayzanın əleyhinə kampaniyaya başlayıb

APA-nın AEMK-nın saytına istinadən verdiyi məlumata görə, komitə yerli erməni
icmasının fəallarını amerikalı senatorlara M. Brayzanın namizədliyinin əleyhinə çıxmaq üçün kütləvi elektron çağırışlar etməyə səsləyib. Erməni komitəsi öz mövqeyini Brayzanın guya Azərbaycana yaxınlığı və enerji nəhənglərinin maraqlarını müdafiə etməsi ilə əsaslandırıb.


Xatırladaq ki, Metyu Brayza səfir vəzifəsinə prezident Obama tərəfindən təyin olunub. Həmin vaxt da ermənipərəst konqresmenlər bu təyinatın əleyhinə olduqlarından M. Brayzanın namizədliyinin Senat tərəfindən təsdiqlənməsi mümkün olmayıb. Belə olan halda B. Obama səlahiyyətlərindən istifadə edərək, M. Brayzanı Azərbaycana səfir təyin edib. Lakin mövcud prosedura görə, bu təyinatın Senat tərəfindən də təsdiqi zəruridir. Müvafiq səsvermənin cari ilin sonunda keçiriləcəyi gözlənilir. Senat M. Brayzanı səfir postuna təsdiq etməsə, o, fəaliyyətini yarımçıq dayandırıb, geri dönəcək.


Senatda hazırda ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə iddiaçı Con Heffernin namizədliyi də müzakirə edilir. Dinləmələrin birinci mərhələsində ermənipərəst senatorlar C. Heffernin 1915-ci ili hadisələrini “soyqırımı” kimi səciyyələndirməməsindən qəzəblənərək, onun təsdiqinə əngəl olmağa çalışacaqlarını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar