Qənirə Paşayeva Bayburt valisi ilə görüşüb - FOTO
Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən 17-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət Festivalında iştirakı çərçivəsində Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Poladla görüşüb.
Lent.az-ın məlumatına görə, görüş zamanı millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ilə yaxındır, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı söhbət edib. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırımı törətməsi, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr tətbiq etməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılması barədə məlumatlar verib. Ermənistanın bu gün də işğal etdiyi Azərbaycan torpaqlarında qurduqları hərbi mövqelərindən atəşkəs rejimini pozaraq sivil insanları, qadınları, uşaqları snayperlərlə hədəfə alaraq qətlə yetirməsi kimi vandalizm aktlarını da onların diqqətinə çatdırıb.
Bayburt valisi Kərəm Al və Bayburt bələdiyyə başçısı Hacı Ali Polat Türkiyənin daim dost, qardaş Azərbaycanın və onun haqlı davasının yanında olduğunu bildiriblər.
Qənirə Paşayeva Kərəm Al və Hacı Ali Polada Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar da təqdim edib. Bayburt valisi şəhər meydanında keçirilən festival tədbirləri zamanı Qənirə Paşayevaya şəhər valiliyinin xüsusi mükafatını təqdim edib. Görüş və tədbirlərdə Mahmud Kaşqari Fondunun icraçı direktoru, şair Elxan Zal, Yazıçılar Birliyinin üzvü, şair Akif Ədmədgil də iştirak edib.

561