Araz Əzimov: “Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatıq”
“Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə şəxsi nümayəndəsi Araz Əzimov “Exo Moskvı” radiosuna müsahibəsində deyib. Onun fikrincə, Rusiya Cənubi Qafqazda militarist mövcudiyyətdən iqtisadi mövcudiyyət konsepsiyasına keçməlidir: “Təəssüf ki, Rusiya Ermənistanda silahlı qüvvə saxlamağı önəmli sayır. Biz Cənubi Qafqazda bu cür militarist mövcudiyyətə getdikcə daha az əsas olduğunu görürük. Tankları tankerlərlə dəyişməyin, hərbi formanı iqtisadi mövcudiyyətlə əvəzləməyin vaxtı çatıb”.
A. Əzimov bildirib ki, Ermənistanı danışıqlar prosesindəki konstruktiv təklifləri qəbul etməyə inandırmaq Rusiyanın öz marağındadır.
A. Əzimov bildirib ki, Ermənistanı danışıqlar prosesindəki konstruktiv təklifləri qəbul etməyə inandırmaq Rusiyanın öz marağındadır.
471