“Abxaziya və Cənubi Osetiyanın tanınması Rusiya ilə alver predmeti olmayıb”
19 iyul 2011 11:21 (UTC +04:00)

“Abxaziya və Cənubi Osetiyanın tanınması Rusiya ilə alver predmeti olmayıb”

“Abxaziya və Cənubi Osetiya məsələsi Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində Rusiya ilə Azərbaycan arasında heç vaxt alver predmeti olmayıb”.

APA-nın xəbərinə görə, bu sözləri “Exo Moskvı” radiosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin şəxsi nümayəndəsi Araz Əzimov deyib. O bildirib ki, Rusiya nümayəndələri də heç vaxt belə bir alverin mümkünlüyünə işarə etməyiblər. Diplomat bəyan edib ki, Azərbaycan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımayacaq.

Dağlıq Qarabağa Azərbaycandan icazəsiz səfər etdiyi üçün “Exo Moskvı” radiosunun baş redaktor müavini Sergey Buntmanın Azərbaycana girişinin yasaqlanmasına toxunan A. Əzimov qeyd edib ki, Bakı bu qadağanı götürə bilər: “Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar