Prezident İlham Əliyev Pakistan səfirinin etimadnaməsini qəbul edib
Lent.az AzərTAc-a istinadən xəbər verir ki, İnayatullah Kakar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Azərbaycanla Pakistanın yaxın və dost ölkələr olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsində olduğunu deyib. İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Azərbaycan Prezidenti bütün beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini vurğulayıb. Azərbaycanla Pakistan arasında siyasi əlaqələri daha da möhkəmləndirməyin vacibliyini xatırladan dövlət başçısı iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı potensialın olduğunu bildirib.
Səfir ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayaraq, iqtisadi əlaqələrin inkişafı üçün də geniş imkanların olduğunu deyib. Pakistanlı diplomat ölkəmizdəki diplomatik fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

497