Həmsədrlər bəyanat veriblər
18 iyul 2011 17:55 (UTC +04:00)

Həmsədrlər bəyanat veriblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu olaraq bəyanatla çıxış ediblər. APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir : “ATƏT-in Minsk Qrupunun həmsədrləri bu ilin 11-18 iyul tarixlərində Moskva, Vilnüs, Bakı və İrəvanda səfərdə olublar. ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşiklə birgə həmsədrlər iyulun 11-də Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Minsk Qrupu çərçivəsindəki təmasları müzakirə ediblər. Vilnüsdə isə iyunun 13-də həmsədrlər xarici işlər naziri Audronius Ajubalisi 24 iyun Kazan görüşündən sonra atılan addımlar və sülh prosesi barədə məlumatlandırıblar.

Bakı və İrəvanda həmsədrlər müvafiq olaraq prezident Əliyev və prezident Sarkisyanla görüşüblər. Həmsədrlər prezidentlərlə görüşdə baza prinsipləri üzrə razılığın əldə edilməsinin yekun çözümə dair danışıqlar üçün vacibliyini qeyd ediblər. Onlar vurğulayıblar ki, indi region xalqlarının davamlı sülh, təhlükəsizlik və barışığa qovuşması naminə siyasi iradə nümayiş etdirmək zamanıdır. Prezidentlər çərçivə sənədi üçün təklif edilən formullara münasibətlərini açıqlayacaqlarına və sülh çözümünün əldə edilməsi üçün həmsədrlər və həmsədr dövlətlərlə əməkdaşlığa sadiqdirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar