Elmar Məmmədyarov Azərbaycan prezidentinin cavabını Rusiyaya təqdim edib
18 iyul 2011 14:28 (UTC +04:00)

Elmar Məmmədyarov Azərbaycan prezidentinin cavabını Rusiyaya təqdim edib

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergel Lavrov iyulun 18-də Moskvada azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Azərbaycan XİN başçısı isə məktubun detallarını açıqlamaqdan imtina edib. “Bu, Azərbaycan prezidentinin Rusiya prezidentinə məktubu olduğu üçün detalları açıqlamaq düzgün olmazdı”, - deyə E. Məmmədyarov bildirib.

Nazir həmçinin deyib ki, erməni tərəfinin də cavabını gözləmək lazımdır.

“Azərbaycan ümumilikdə hesab edir ki, Kazan görüşündə tərəqqi əldə olunub. Əlbəttə, hamı Kazanda kəskin sıçrayış baş verməsini istəyirdi, lakin hər halda biz irəliyə doğru davamlı addımlar atırıq. Hamı başa düşür ki, hazırkı vəziyyət heç bir tərəfi, o cümlədən həmsədrləri - ABŞ, Rusiya və Fransanı və qonşularımızı da qane etmir. Bu kontekstdə biz irəliyə doğru addımlamalıyıq. Ərazilərin işğalı, etnik təmizləmə, qaçqın və məcburi köçkün problemləri arxada qalmalı, əməkdaşlıq, inkişaf, çiçəklənmə region, ilk növbədə isə Azərbaycan və Ermənistan üçün əsas məsələyə çevrilməlidir”, - deyə E. Məmmədyarov vurğulayıb.

S. Lavrov isə D. Medvedyevin hələlik məktubla tanış olmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 403

Oxşar yazılar