Vüqar Rəhimzadə: “ “İki sahil”in oxucu problemi olmayıb”
18 iyul 2011 12:52 (UTC +04:00)

Vüqar Rəhimzadə: “ “İki sahil”in oxucu problemi olmayıb”

Lent.az-ın məlumatına görə, bu sözləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Müsahibəsində qəzetin yaranma tarixindən, onun məqsəd və amallarından bəhs edəb baş redaktor, Azərbaycanın müstəqillik qazanması və güclənməsi fonunda “İki sahil”in fəaliyyətinin detallarından da danışıb.

“İki sahil” qəzetinin yarandığı gündən dövlətə və dövlətçiliyə xidməti əsas amalına çevirdiyini bildirən baş redaktor, qəzetin ARDNŞ-in təsisçiliyi ilə dövlətin siyasətini, xüsusilə hər bir inkişafın əsasında dayanan iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətə çatdırmağı mühüm vəzifə kimi qarşısına qoyduğunu qeyd edib.

Mətbuatın qarşısında duran vəzifələrin kifayət qədər şərəfli və cəmiyyət üçün əhəmiyyətli olduğunu söyləyən baş redaktor, bu vəzifələrin başlıca mahiyyətinin bütövlükdə cəmiyyətin ehtiyac duyduğu informasiyalarla təmin edilməsindən ibarət olduğunu bəyan edib: “Mətbuat nümayəndələrindən bu günün tələbi sözsüz ki, 20 il bundan öncəki tələbdən fərqlidir. Azərbaycan yeniləşir, müasirləşir, dünya informasiya məkanına inteqrasiya edir. İctimai fikrə təsir imkanları geniş olan KİV-lər ölkəmizdə və dünyada baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırmalı, onları yüksək peşəkarlıqla şərh etməli, maarifləndirici yazılara geniş yer verməlidir. Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür”

“20 illik tarix "İki sahil"çilərdə kollektivçiliyi, səmimiyyəti, qabaqcıl təcrübədən bəhrələnməyi və s. kimi duyğuları aşılayıb” deyən V. Rəhimzadə qəzetin kollektivinin qazandığı uğurlarla kifayətlənməyərək, daha səylə çalışdığını, hər bir dövrün mətbuatın qarşısına qoyduğu tələblərə yüksək səviyyədə cavab verməyə səy göstərdiyini əlavə edib: “İki sahil" qəzeti Azərbaycanın keçdiyi inkişaf yoluna bələdçilik etməklə yanaşı, özü də bu dövrdə daha böyük təcrübə əldə etdi, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoydu”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1223

Oxşar yazılar