Rusiya telekanalından Azərbaycana qarşı təxribat
18 iyul 2011 12:39 (UTC +04:00)

Rusiya telekanalından Azərbaycana qarşı təxribat

Rusiyanın “Mir” Dövlətlərarası Teleradio Şirkətində Azərbaycan musiqi nümunəsi erməni mahnısı kimi təqdim edilib. APA-nın məlumatına görə, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının motivləri əsasında çəkilmiş eyni adlı filminin qonaqlıq səhnəsinin əvvəlində ifa olunan musiqi parçasından Ermənistan haqqında hazırlanmış sənədli filmdə istifadə edilib, bununla da, “Mir” televiziyası Ü. Hacıbəylinin musiqisini erməni mədəniyyət nümunəsi kimi təqdim edərək, təxribata yol verib. Filmdə Azərbaycan musiqisinin sədaları altında Ermənistanın tarixi, mədəniyyəti, əhalisi haqqında məlumatlar verilir.


Məsələ ilə bağlı “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli nümayəndəliyinin baş redaktoru Nigar Əliyeva APA-ya bildirib ki, bu məsələ ilə bağlı Moskvadakı baş ofislə bu gün əlaqə saxlanılacaq və vəziyyətə aydınlıq gətiriləcək.



Qeyd edək ki, ötən həftə də APA ermənilərin Ü. Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının motivləri əsasında çəkilmiş eyni adlı filmin hamam səhnəsində ifa olunan musiqinin ermənilər tərəfindən oğurlanaraq, özününküləşdirilməsi barədə fakt aşkarlamışdı. Bu dəfə incəsənət oğrusu rolunda Ermənistanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş İnqa və Anuş bacılarıdır. Onlar, həmçinin Azərbaycanın milli rəqsi olan “Naz eləmə”ni də özününküləşdirərək, bu musiqimizə də erməni dilində sözlər yazdırıb, klip çəkdiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar