AXC-nin yaranmasının 22 illiyi qeyd olundu
APA-nın məlumatına görə, tədbir Azərbaycanın dövlət himninin oxunması ilə başlayıb. Daha sonra AXC lideri Əbülfəz Elçibəyin və Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə AXC-nin 22-ci ildönümünə həsr edilmiş videorolik nümayiş etdirilib.
Çıxış edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli tədbirin “Təbriz” kinoteatrında keçirilməsini planlaşdırdıqlarını, lakin kinoteatr rəhbərliyinin buna icazə vermədiyini bildirib. O, AXC-nin Azərbaycanın tarixindəki tutduğu yerdən danışıb. Ə. Kərimli təşkilatı 22 yaşlı gəncə bənzədərək gələcəyinin hələ qabaqda olduğunu deyib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər AXCP üzvlərini AXC-nin 22-ci ildönümü münasibətilə təbrik edib. Onun sözlərinə görə, AXC sovet rejiminin yıxılmasında mühüm rol oynayan əsas qüvvələrdən biri olub.
ADP sədri Sərdar Cəlaloğlu, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal, yazıçı Seyran Səxavət, sabiq deputat Pənah Hüseyn və başqaları çıxış edərək təbriklərini çatdırıblar.
Tədbirdə Müsavat Partiyasından istefa vermiş Sülhəddin Əkbər, İbrahim İbrahimli və sonradan partiyaya qayıtmış Adil Qeybulla da iştirak ediblər.
İldönümü tədbirinə Polşa və Türkiyənin Azərbaycandakı səfirliklərinin nümayəndələri də qatılıblar.

652