YAP 13 yaşlı uşağın qətlə yetirilməsini pisləyib
APA-nın məlumatına görə, bəyanatda erməni vəhşiliyinin növbəti qurbanı olmuş 13 yaşlı Aygün Şahmalıyevanın faciəli ölümünün bütün Azərbaycan xalqını dərindən hiddətləndirdiyi və qəzəbləndirdiyi vurğulanıb: “Ermənilərin məqsədli şəkildə, məhz azyaşlı uşaqları hədəf seçən çirkin əməlləri onların uzun illərdən bəri xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsidir. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqların getdiyi bir vaxtda ermənilərin ardıcıl olaraq atəşkəsi pozmaları və xüsusilə də mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirmələri əslində onların qeyri-səmimiliyindən və sülhün əldə olunması üçün aparılan danışıqları qəsdən pozmağa yönələn niyyətlərindən xəbər verir.
Bu ilin mart ayında 9 yaşlı Fariz Bədəlovun erməni snayperindən açılan atəş nəticəsində qətlə yetirilməsi və digər bu kimi onlarla terror əməli Ermənistanda dövlət siyasəti səviyyəsinə yüksəlmiş irqçi düşüncə tərzinin törətdiyi fəsadlardır. Erməniliyin iç üzü məhz belə faktlar zamanı bariz şəkildə ortaya çıxır. Yeni Azərbaycan Partiyası erməni tərəfin bu cür qanlı, insanlıq anlayışı ilə bir araya sığmayan əməllərini qətiyyətlə pisləyir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünü və uşaq qatillərini dayandırmaq üçün daha qətiyyətli hərəkət etməyə çağırır”.
Qeyd edək ki, iyulun 14-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.
Partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.
Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

562