Elmar Məmmədyarov Dmitri Medvedyevin məktubuna cavabı Moskvaya aparacaq
16 iyul 2011 13:25 (UTC +04:00)

Elmar Məmmədyarov Dmitri Medvedyevin məktubuna cavabı Moskvaya aparacaq

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. İ. Popovun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri onunla görüşündə məktuba cavab hazırlandığını, Moskva səfəri zamanı cavabı Rusiya tərəfinə təqdim edəcəyini söyləyib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri iyulun 17-18-də Moskvaya rəsmi səfər edəcək.

Serqey Lavrovun dəvəti ilə baş tutacaq rəsmi səfər zamanı ikitərəfli və beynəlxalq məsələlər müzakirə ediləcək.

Eyni zamanda E. Məmmədyarov və S. Lavrov Azərbaycanla Rusiya arasında 3 sentyabr 2010-cu ildə imzalanmış dövlət sərhədi haqqında sazişin ratifikasiyasına dair sənədlərin mübadiləsini həyata keçirəcək, 2011-2012-ci illər üçün Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr planını imzalayacaqlar.

E. Məmmədyarovun Rusiya baş nazirinin müavini A. Xloponin, Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşləri də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar