Fransalı həmsədr: “13 yaşlı qızın öldürülməsi böyük faciədir”
APA-nın məlumatına görə, diplomat bunu böyük faciə adlandırıb. B. Fasienin sözlərinə görə, bu hadisə bir daha sübut edib ki, Minsk Qrupunun bir qədər əvvəl təklif etdiyi bu cür insidentlərin araşdırılması mexanizmi faydalı olardı: “Həm insan itkisinin qarşısının alınması, həm də vəziyyətin gərginləməsinin önlənməsi baxımından tərəflərin bu mexanizmləri qəbul etməsi vacibdir. Son faciə bunu bir daha göstərdi”.
Qeyd edək ki, ötən gün Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.
Partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman A. Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib.
Xatırladaq ki, 1994-cü ildə həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

450