Elmar Məmmədyarov Avropa Parlamentinin üzvlərini qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri Franko Qaston, Ferreira Fernandez Xose Manuel və Belçika Parlamentinin üzvü Alen Desteks-i qəbul edib.
XİN-in mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, nazir qonaqlara Azərbaycanda bütün sahələrdə sürətlə gedən inkişaf prosesi və ölkənin gündən-günə artan regional rolu barədə məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara toxunan E. Məmmədyarov, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının zəruriliyini və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş və özündə bu tələbi əks etdirən bir sıra sənədlərin bunun üçün hüquqi əsas təşkil etdiyini vurğulayıb.
Azərbaycanda olmalarından məmnunluq hissi keçirdiklərini deyən qonaqlar, Azərbaycan Respublikası ilə Avropa Parlamenti arasında əlaqələrin inkişaf etdirilməsinin və əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə ediblər. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə əlaqədə qonaqlar bu münaqişənin sülh yolu ilə həllinə ümidvar olduqlarını da bildiriblər.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

441