“Putin Medvedevin prezidentliyi dövründə ciddi diplomatik tərəqqiyə imkan verməz”
0
0
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rola malikdir. Müəyyən məqamlar prezidentlərin Kazan görüşündə münaqişənin həlli üçün lazımi şərait yaradılmasını əngəllədi. Məsələn, Putin-Medvedev rəqabəti. Fikrimcə, Putin Medvedevin prezidentliyi dövründə ciddi diplomatik tərəqqiyə imkan verməz. Digər tərəfdən, Rusiya doğrudan da münaqişənin həllində maraqlıdırmı? Cənubi Qafqazdakı bu münaqişənin tam həll olunmaması Rusiyanın əlinə yaxşı rıçaqlar verir”.
Bu fikirləri APA-ya açıqlamasında İsrailin Hayfa Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının professoru Brenda Şaffer deyib.
Moskvanın təzyiqi ilə Ermənistanın öz qoşunlarını işğal olunmuş bir sıra rayonlardan çıxarması və o ərazilərə Rusiya sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünə dair bəzi ekspertlərin söylədiklərinə toxunan B. Şaffer hesab edir ki, belə bir təklif varsa, onu qəbul etmək ağıllı addım olmazdı: “Çünki Azərbaycan ərazisində Rusiya qoşunlarının yerləşdirilməsi onun müstəqilliyinə son qoyar. Bu, bir problemin sonu, lakin başqa bir problemin başlanğıcı ola bilər”.
Ekspert Ermənistanın hələ də güzəştlərə getmək istəmədiyini vurğulayaraq Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasını buna misal kimi göstərib: “Ermənistan kiçik güzəştlərə getmiş olsaydı, Türkiyə sərhədi açardı. Bu, onu göstərir ki, erməni tərəfi doğrudan da status-kvonun dəyişməsini istəmir”.