Ermənilərin Tovuzda törətdiyi vandalizm beynəlxalq ictimaiyyətə çatdırılacaq
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində həyatını itirmiş 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı və ağır xəsarət almış anası 32 yaşlı Şahmalıyeva Elnarə Məmmədtağı qızının məsələsini Avropa Şurası Parlament Assambleyası daxil olmaqla, bütün beynəlxalq təşkilatların qarşısında qaldıracaq.
Lent.az-ın məlumatına görə, millət vəkili Azərbaycanın rəsmi qurumları ilə yanaşı, diaspor və qeyri-hökumət təşkilatları da bu vandalizm aktının beynəlxalq ictimaiyyətin diqqətinə geniş şəkildə çatdırılmalı olduğunu vurğulayıb.
Q. Paşayeva deyib ki, bu, Ermənistanın azyaşlı uşaqlara qarşı törətdiyi ilk vandalizm aktı deyil. Bir neçə il bundan əvvəl həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı. Bundan əlavə, bu il mart ayının 8-də Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetirib. Budəfəki hadisə isə Ermənistanın günahsız körpələrin, azyaşlı uşaqların qətlə yetirilməsinə yönələn yeni məqsədyönlü siyasət aparmasının bariz nümunəsidir.
Q.Paşayeva təəssüflə qeyd edir ki, ATƏT-in Minsk qrupu həmsədrləri başda olmaqla, beynəlxalq təşkilatların Ermənistanın törətdiyi bu cür vandalizm aktlarına qarşı heç bir tədbir görməməsi, laqeyd münasibət göstərməsinin nəticəsidir ki, Ermənistan bütün dünyanın gözü qarşısında bu cür insanlıq əleyhinə vandalizm aktlarını törətməkdə davam edir. Millət vəkili vurğulayıb ki, münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrləri, habelə beynəlxalq təşkilatlar bu hadisəni kəskin pisləməli, bu hadisənin törədilməsində təqsirli olanların cəzalandırılmasını tələb etməli, bu kimi vandalizm aktların yenidən təkrarlanmasının qarşısını almaq məqsədilə rəsmi İrəvana qarşı ciddi təsir və təzyiq mexanizmlərini tətbiq etməlidir. Əks halda, bütün bunlar onsuz da gərgin olan vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq və bu zaman yarana biləcək vəziyyətə görə məsuliyyət ATƏT-in Minsk qrupu həmsədrləri və digər beynəlxalq təşkilatların üzərinə düşəcək.
Qeyd edək ki, dünən Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılan partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağının partlaması nəticəsində 13 yaşlı uşaq faciəli şəkildə həyatını itirib, anası isə ağır xəsarət alaraq yaralanıb.

452