Arif Hacılı daha iki ay həbsdə qalacaq
Bu barədə APA-ya təqsirləndirilən şəxslərin vəkili Əsabəli Mustafayev məlumat verib. Vəkil qeyd edib ki, məhkəmə birinci Arif Hacılı ilə bağlı vəsatətə baxaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha iki ay müddətinə uzadılması barədə qərar qəbul edib. Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.
Səbail rayon Məhkəməsi bu gün həmçinin Tural Abbaslı və Məhəmməd Məcidlinin də həbs müddətinin uzadılması ilə bağlı vəsatətə baxacaq.
Xatırladaq ki, Bakı Şəhər Prokurorluğu istintaq başa çatmadığı üçün adıçəkilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatət qaldırıb.
Yuxarıda adları çəkilən üç nəfərlə yanaşı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bu iş üzrə ittiham olunur. Lakin onun barəsində seçilmiş həbs-qətimkan tədbiri sonradan başqa yerə getməmək tədbiri ilə əvəz olunub.
Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilənlərdən 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Onlardan 6-nın məhkəməsi gedir.

487