PKK-nın siyasi qanadı “muxtariyyət” elan etdi
15 iyul 2011 12:02 (UTC +04:00)

PKK-nın siyasi qanadı “muxtariyyət” elan etdi

PKK terror təşkilatının siyasi qanadı olan Barış və Demokratiya Partiyasının (BDP) seçkilərdə deputat mandatı qazanan üzvlərinin yaratdığı Demokratik Toplum Konqresi (DTK) bəyanat yayıb.


İyulun 14-də yayılan bəyanatda “kürt xalqı olaraq, özümüzü idarə edə bilərik. Bu səbəbdən demokratik muxtariyyət elan edirik” deyə bildirilir. Sənədi DTK sədri Aysel Tuğluq elan edib. Tuğluq beynəlxalq ictimaiyyəti bu “muxtariyyəti” (?) tanımağa çağırıb.

Maraqlıdır ki, DTK-nın bəyanatı PKK terrorçularının 13 türk əsgərini şəhid etdikdən sonra yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar