Prezident İlham Əliyev Suraxanıda görülən işlərlə tanış olub
Lent.az Azərtaca itinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirib ki, müşavirədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, Suraxanı rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Yeni Suraxanı qəsəbəsində 150 min kvadratmetr yola yeni asfalt örtüyünün döşənməsi artıq başa çatdırılır. Qəsəbələrarası yollar boyunca işıqlandırma sistemi dəyişdirilib, 300-ə yaxın işıq dirəyi quraşdırılıb. Piyadaların rahat hərəkəti üçün səkilər təmir olunub. Qəsəbədə çirkab və qrunt sularının axıdılması üçün nəzərdə tutulan kanal bərpa edilib.
Qəsəbədə görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev sakinlərlə görüşüb. Sakinlər həyata keçirilən abadlıq və yenidənqurma işlərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyev sonra qəsəbədəki parkda görülən abadlıq və yenidənqurma işləri ilə tanış olub. Burada sakinlərin asudə vaxtlarını səmərəli keçirməsindən ötrü lazımi şərait, uşaqlar üçün əyləncə yerləri yaradılıb.
Dövlət başçısı daha sonra Yeni Suraxanı qəsəbəsinin mərkəzində yerləşən 14 İyul küçəsinə gələrək, Heydər Əliyevin 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbərliyə gəlməsinin şərəfinə ucaldılmış memorial abidə kompleksi ilə tanış olub, bu küçənin sakinləri ilə söhbət edib. Onlar qəsəbədə aparılan abadlıq işlərinə görə dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən dəfə Yeni Suraxanı qəsəbəsində olarkən qəsəbə sakinləri 85 nömrəli orta məktəbin bir korpusunun tamamilə yararsız vəziyyətdə olduğunu bildirmiş və bu tədris ocağının yenidən qurulmasına kömək göstərilməsini xahiş etmişdilər. Prezident İlham Əliyev bununla əlaqədar müvafiq tapşırıqlar vermişdi. Dövlət başçısının tapşırığına uyğun olaraq, məktəbin qəza vəziyyətində olan korpusu sökülərək yerində 480 şagirdlik yeni korpusun inşası nəzərdə tutulur. Prezidentə məlumat verilib ki, məktəbin yerləşdiyi küçəyə 12 min kvadratmetr asfalt döşənib, 200 işıq dirəyi yeniləri ilə əvəzlənib.
Dövlət başçısı məktəbin kollektivi ilə də görüşüb. Müəllimlər yeni korpusun tikintisi ilə bağlı verdiyi göstərişlərə görə minnətdarlıqlarını bildiriblər. Prezident İlham Əliyev məktəbin kollektivi ilə birlikdə yeni tədris korpusunun təməlqoyma mərasimində də iştirak edib. Daha sonra məktəbin qəzalı vəziyyətdəki digər korpusu ilə də tanış olub və müvafiq tapşırıqlarını verib.
Sonda xatirə şəkli çəkdirilib.

514