Bahar Muradova: “Biz Türkiyədən geridə deyilik”
Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova söyləyib. O, Türkiyə parlamentində təmsil olunan qadın deputatların sayının Azərbaycan Milli Məclisindəkindən çox olmasına münasibət bildirərkən, belə deyib.
B.Muradova bildirib ki, Türkiyədə Məclis üzvlərinin sayı Azərbaycandan bir neçə dəfə artıq olduğu üçün orada təmsil olunan qadınların sayı çox görünə bilər, ancaq faizlə biz bu sahədə Türkiyədən daha irəlidəyik.
Son parlament seçkilərində qadın deputatların sayının 6 nəfər artığını da qeyd edən B. Muradova bunun qadınlarımıza stimul verəcəyinə inandığını dilə gətirib: “İnanıram ki, qarşıdakı seçkidə parlamentə düşən qadınların sayı daha çox olacaq”.
Anar GƏRAYLI

541