Milli Məclis 5 ayda 3053 şikayətçi qəbul edib
Lent.az-ın xəbərinə görə, bu barədə məlumatı iyulun 14-də Milli Məclisin yaz sessiyasının yekunlarına dair keçirilən mətbuat konfransında parlamentin sədr müavini Bahar Muradova verib. Spikerin müavini onu da əlavə edib ki, ötən müddət ərzində Milli Məclisə 3007 təklif və şikayət daxil olub. Həmçinin, bu şikayətlərlə bağlı 3053 nəfər vətəndaş Milli Məclisin üzvləri və ya əməkdaşları tərəfindən qəbul edilərək, dinlənilib.
Anar GƏRAYLI
Anar GƏRAYLI
549