Azərbaycan BMT TŞ-yə üzv seçilmək üçün Rusiyadan dəstək istədi
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks”a müsahibəsində deyib. Nazir bu məsələni həmkarı Sergey Lavrovla müzakirə etdiyini söyləyib: “Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyanın dəstəyinə ümid edirik. Bu dəstək çox vacibdir”.
E. Məmmədyarov Azərbaycanın BMT TŞ-nin müvəqqəti üzvlüyünə namizədliyini ilk dəfə 90-cı illərin ortalarında irəli sürdüyünü xatırladıb: “Azərbaycan bu il müstəqilliyinin 20-ci ildönümünü qeyd edir. Biz indi özümüzü regional lider kimi görürük. Beynəlxalq təşkilatlarda müəyyən dəstək və Azərbaycanın önəminin, rolunun anlaşıldığını hiss edirik. Bu kontekstdə BMT TŞ-nin müvəqqəti üzvü seçilmək cəhdi çox nəhəng təcrübədir. Bu, bir daha müstəqilliyimiz və suverenliyimizin təsdiqi və müstəqil xarici siyasət apara biləcəyimizin nümayişidir”.

394