Elmar Məmmədyarov Pakistanın yeni təyin olunmuş səfirini qəbul edib
13 iyul 2011 18:20 (UTC +04:00)

Elmar Məmmədyarov Pakistanın yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən İnayatullah Kakar ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu söyləyib.

O, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu dilə gətirib, Azərbaycan - Pakistan əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.

Elmar Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə pakistanlı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb. Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427

Oxşar yazılar