Ukrayna səfiri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik”
12 iyul 2011 15:45 (UTC +04:00)

Ukrayna səfiri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirik”

Bunu APA-nın sualına cavab olaraq Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib: “Ukrayna Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunu dəstəkləyir. Əsas məsələ budur. Ukrayna və Azərbaycan aktiv işləyir. Yayılan məlumat müstəqil mətbuatın yazdıqları idi. Amma Ukraynanın rəsmi mövqeyi dəyişməz qalır. Biz strateji tərəfdaşlarıq”.

Qeyd edək ki, Ukraynanın “İmage” jurnalının xüsusi buraxılışında Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən materiallar dərc edilib. “İmage” nəşrində dərc olunan qərəzli məqalənin işıq üzü görməsi ilə əlaqədar olaraq Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Notada qeyd olunub ki, Ukrayna jurnalında çap edilmiş yazı Azərbaycanın tarixinə və ərazi bütövlüyünə qarşı yönəlmiş böhtan xarakteri daşıyır, bu cür yazıların dərc edilməsi yolverilməzdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar