“2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya” hazırlanacaq
11 iyul 2011 19:49 (UTC +04:00)

“2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya” hazırlanacaq

Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, sərəncama əsasən “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması ilə bağlı Dövlət Komissiyası yaradılıb.

Dövlət Komissiyasının sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Komissiyanın üzvləri baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov təyin olunublar.



Dövlət Komissiyası “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar