“Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olub”
“ATƏT beynəlxalq təşkilat kimi artıq uzun müddətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində vasitəçilik missiyası həyata keçirir. Ötən dövr ərzində münaqişənin həlli istiqamətində bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olub”.
Lent.az-ın məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib.
Deputat Joao Soareşin ATƏT-in Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin olunmasına münasibət bildirərək qeyd edib ki, məsələnin hüquq normaları və ədalət çərçivəsində həlli istiqamətində daha davamlı fəaliyyət nümayiş etdiriləcəyinə inanır: “İnanıram ki, yeni nümayəndə münaqişənin tez həll edilməsi üçün səy göstərəcək. Artıq bütün dünya Azərbaycanın işğala məruz qalan ölkə olduğunu və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bilir. Əminəm ki, yaxın dövrdə Ermənistan tərəfi də reallığı qəbul edərək münaqişənin həllində qeyri-konstruktiv mövqeyindən əl çəkəcək. Joao Soareşə öz fəaliyyətində uğurlar arzılayıram”.
Xatırladaq ki, Joao Soareş yeni vəzifəsində Qoran Lenmarkeri əvəzləyib.

473