Roma-Katolik Kilsəsinin Apostol Prefekturası Azərbaycanda dövlət qeydiyyatına alındı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Hidayət Orucovun, Müqəddəs Taxt-tacın Azərbaycandakı apostolik nunsisi Kladio Qucerottinin və Roma-Katolik Kilsəsinin ölkəmizdəki ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən təqdimatda katolik dini icmasının dövlət qeydiyyatına alınması əlamətdar hadisə kimi qiymətləndirilib.
Kladio Qucerotti bildirib ki, Azərbaycandan sonra Müqəddəs Taxt-tac da iyulun 6-da “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” sazişi ratifikasiya edib və beləliklə, həm Vatikan, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyan tarixi hadisə gerçəkləşib. Sazişin ratifikasiyasından sonra katolik dini qurumunun dövlət qeydiyyatına alınmasına və katoliklər üçün yaradılmış şəraitə görə Azərbaycan hökumətinə, eləcə də Dövlət Komitəsinə minnətdarlığını çatdıran Kladio Qucerotti Azərbaycanın tolerantlıq prinsiplərinə həmişə sadiq qaldığını qeyd edib.
Kladio Qucerotti deyib ki, Müqəddəs Taxt-tacın Azərbaycanla imzaladığı saziş bu qəbildən olan ilk sənəddir. Çünki Vatikan indiyədək heç bir dövlətlə belə bir saziş imzalamayıb. Bu baxımdan həmin saziş və onu imzalayan Azərbaycan hökuməti başqa ölkələr üçün örnək sayıla bilər: “Azərbaycan necə tolerant ölkə olduğunu bir daha təsdiqlədi. Artıq bütün dünya bunun şahididir. Əminəm ki, beynəlxalq aləmdə müsbət əks-səda doğuran bu sənəd böyük tarixi hadisə kimi yaddaşlarda qalacaq. İlk gündən mətbuatın reaksiyası da bunu deməyə əsas verir”.
Azərbaycanın zəngin tolerantlıq ənənələrinə malik olduğunu vurğulayan Hidayət Orucov ölkədə bütün dinlərin mənsublarına, o cümlədən katoliklərə öz inanclarına uyğun yaşamaları üçün hər cür şərait yaradıldığını söyləyib. Dövlət Komitəsinin sədrinin sözlərinə görə, başqaları üçün örnək olan sazişin Azərbaycanla Vatikan arasında imzalanmasına təbii yanaşmaq lazımdır: “Lakin çalışmalıyıq ki, münasibətlər daha da inkişaf etsin. Azərbaycan tolerantlıq prinsiplərinə sonadək sadiqdir. Bunun sübutu Vatikanla imzalanmış sazişdir. Azərbaycan həmişə örnək ölkə kimi qalacaq”.

469