Azərbaycan YUNESKO-ya müraciət edib
YUNESKO Baş Qərargahında 30 iyun -1 iyul tarixlərində Mədəni Dəyərlərin Mənsub Olduqları Ölkələrə Qaytarılmasının Təşviqi və ya Qanunsuz Mənimsəmə halında Geri Qaytarılması üzrə YUNESKO-nun Hökumətlərarası Komitəsinin (İCPRCP) 17-ci iclası keçirilib. Lent.az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sessiyada nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin əməkdaşı iştirak edib.
Sessiya zamanı gündəlikdə duran məsələlər - Parfenon Mərmərləri (Böyük Britaniya Birləşmiş Krallığı - Yunanıstan), Boğazköy Sfinksi (Almaniya-Türkiyə) ilə bağlı restutisiya müraciətlərinə baxılıb, üzv dövlətlər, YUNESKO-ya tərəfdaş qurumlar tərəfindən məruzələr dinlənilib. İclasda gündəlikdəki məsələlərlə bağlı UNİDROİT, WCO, UNODC, ICOM beynəlxalq təşkilatlarının, “İnterpol” və İtaliyanın xüsusi polis xidməti olan “Karabinieri”nin bu sahədə ən son fəaliyyətləri haqda məlumat verib, Avropa Komissiyasının “Hermes 2011” proqramı təqdim olunub.
Sessiyada Ermənistan Respublikasının Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin təkcə ərazi iddiaları ilə məhdudlaşmadığı, işğal olunmuş torpaqlarımızda yüz mindən çox eksponatın, zəngin mədəniyyət nümunələrinin oğurlanması, gündəlik dağıntılara məruz qalması, qeyri-qanuni arxeoloji qazıntıların aparılması və aşkar edilmiş obyektlərin mənimsənilməsi halları bir daha sessiyanın iştirakçılarının diqqətinə çatdırılıb.
İclas zamanı Azərbaycan tərəfi zəbt olunmuş ərazilərdə mədəni irsin qorunması üçün praktik və konkret tövsiyələrin hazırlanması üçün YUNESKO-ya müraciət edib.

514