Belarusun baş naziri iyulun 7-də Azərbaycana gələcək
28 iyun 2011 15:36 (UTC +04:00)

Belarusun baş naziri iyulun 7-də Azərbaycana gələcək

Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, işgüzar səciyyə daşıyacaq səfər zamanı Belarus hökümətinin rəhbəri Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mövcud durumunu, bu əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək.

Belarus mətbuatında isə M. Myasnikoviçin Azərbaycandan kredit almaq niyyəti ilə Bakıya gedəcəyinə dair yazılar dərc olunub. Belə ki, Rusiyanın “İnter RAO” şirkəti ödənməyən borclar səbəbindən sabahdan etibarən Belarusun elektrik enerjisi ilə təminatını dayandıracağını açıqlayıb. Belarus mətbuatı bildirir ki, ölkə höküməti Rusiya ilə yaranmış maliyyə mübahisəsini Azərbaycanın maliyyə yardımı ilə çözmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar