“Qüdsi Osmanovla bağlı məlumatlar yalandır”
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq Baş Təhqiqat İdarəsi əməllərində cinayət tərkibi olmadığına görə, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanova qarşı cinayət işi başlamaqdan imtina edib.
APA-nın məlumatına görə, bununla bağlı çıxarılan qərarda bildirilir ki, təhqiqat zamanı Qüdsi Osmanova qarşı səsləndirilən ittihamlar təsdiqini tapmayıb: “Aprelin əvvəllərində Sankt-Peterburq Baş Daxili İşlər İdarəsinə Əliyeva Q. və Səmədzadə Aybəniz tərəfindən məlumat daxil olub, onları Azərbaycanın Sankt-Peterburqda baş konsulu tərəfindən təcavüzə məruz qaldıqları bildiriblər. Materialın araşdırılması zamanı məlum olub ki, bu məlumatlar yalandır və böhtan xarakteri daşıyır. Hər iki qızın ifadələrində obyektiv məlumatlar və işdə marağı olmayan şəxslərin izahatları arasında ziddiyyət aşkarlanıb. Qızların tanışları və qohumları yalan danışmağa meylli, cəmiyyətə xas olmayan həyat tərzi keçirən şəxslər kimi xarakterizə olunur”.
Bundan başqa, təhqiqat zamanı Aybəniz Səmədzadənin spirtli içki və narkotik maddələr istifadəçisi olduğu, yaşadığı ünvanlardan, o cümlədən öz evlərindən pul oğurladığı müəyyənləşib.
Qərarda bildirilir ki, yalan məlumatların verilməsinin təşkilində şübhəli bilinən Vaqif Məmişov izahat alınmaq üçün dəfələrlə istintaqa çağırılıb, lakin müxtəlif səbəbləri əsas gətirərək ifadə verməyə gəlməyib: “Eyni zamanda təhqiqat materiallarında həmin şəxsin daha bir qızın baş konsul tərəfindən təcavüzə məruz qaldığı barədə yalan ifadəyə məcbur edilməsi, bunun müqabilində ona on minlərlə dollar pul təklif edilməsi, 15 min rubl avans verilməsinə bağlılığını təsdiqləyən dəlillər, o cümlədən audioyazı materialları var. Hazırda bu faktla bağlı Baş Təhqiqat İdarəsində yoxlama aparılır”.
Araşdırma zamanı Nərmin Eyvazova adlı qadının Qüdsi Osmanovun əleyhinə ifadə verməyə məcbur edildiyini təsdiqləyən materiallar, dəlillər aşkarlanıb. Bundan başqa Vaqif Məmişovun Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda referent işləyən qadınla görüşdüyünü, baş konsul tərəfindən guya zorlandığı barədə ifadə verməsi müqabilində ona çoxlu pul, yaxşı maaşlı iş boyun olub, xəstə anasını müalicə etdirəcəyinə söz verib. Vaqif Məmişov həmçinin lazım olarsa həmin qadını mühafizəçi ilə təmin etməyə də razılaşıb. Lakin konsulluqda referent işləyən həmin qadın Vaqif Məmişovun vədlərini qəbul etməyib və Qüdsi Osmanovun əleyhinə ifadə verməkdən imtina edib.
Təhqiqat zamanı baş konsul Qüdsi Osmanova səsləndirilən ittihamların heç biri təsdiqini tapmayıb. Hüquq-mühafizə orqanları həmçinin martın 19-da Novruz şənliklərinə həsr olunmuş tədbirdə baş verən insidenti də araşdırırlar. Hazırda Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovu təhqir etməsi və ona böhtan atması səbəbilə M. Baxşıyev adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı iş aparılır.

645