Səməd Seyidov: “Avropa Şurası real təcavüzə cavab verə bilmir”
“Ermənistan prezidentinin bu gün AŞPA-dakı çıxışı bir daha onu göstərdi ki, Sərkisyan bura tamamilə reallıqdan kənar, qeyri-obyektiv və qərəzli mövqedən çıxış edən bir şəxs kimi gəlmişdi. Çox təəssüflər olsun ki, Avropa təşkilatında belə bir çıxışı eşitmək məcburiyyətində qaldıq. Çünki onun hər bir sözü içərisində nifrət dolu kəlmələr idi. Hesab edirəm ki, bizim üçün bu çox vacib bir məqam oldu”. Bu açıqlamanı APA-nın Avropa bürosuna Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib.
O bildirib ki, Serj Sərkisyanın bu gün açıq-aşkar Avropa Şurasına meydan oxuması bu fikirləri təsdiqləyir: “Bizim dediklərimiz isə ondan ibarət idi ki, bu təşkilat təəssüflər olsun ki, ikili standartlarla doludur və real təcavüzə cavab verə biləcək iqtidarında olmayan bir qurumdur. Bu gün biz bunu gördük. Biz burada Avropa Şurasının, onun Assambleyasının və Avropanın ünvanına hədə ilə dolu çıxış və bəyanatlar gördük”.
Azərbaycan nümayəndə heyətinin Serj Sərkisyana suallar verə bilməməsinin səbəbini açıqlayan Səməd Seyidov bunu AŞPA-nın daxili proseduraları ilə də əlaqələndirib: “Bilirsiniz ki, AŞPA-da beş siyasi qrup var və dəvət olunan qonaqlara ilk olaraq hər bir qrup adından bir sual verilir. Bu gün də bu beş qrupdan cəmi beş sual verildi və bir sual da artıq oldu, onu da Ermənistan nümayəndə heyətinin üzvü verdi. Siyasi qruplar adından sual vermək mümkün deyil. Belə ki Azərbaycan tərəf olduğu üçün sual verməyə ixtiyarımız yoxdur. Qruplar adından sualları digər ölkələrin nümayəndələri verdilər. Sualların da az verilməsi onu göstərir ki, bu insan suallardan qorxur və bir sual verməyə imkan oldu, o sualı da erməni verdi”.
Səməd Seyidov AŞPA daxilində ikili standartların mövcud olmasına baxmayaraq, Azərbaycanın bu qurumla əməkdaşlığı davam etdirdiyini bildirib: “Bizim məqsədimiz hansısa bir təşkilatın qarşısında hesabat vermək deyil. Biz təşkilata təşkilat üçün gəlməmişik, biz təşkilata gəlmişik ki, burada hansısa bir dəyərli fikirləri, mövqeləri öyrənək və maraqlarımıza uyğun olanları ölkəmizdə tətbiq edək. Ancaq getdikcə görürük ki, bu təşkilat ikili standartlarla doludur və tamamilə elan etdiyi dəyərlərə riayət etməyən bir qurumun içərisindəyik. Məsələn, Dağlıq Qarabağ üzrə Alt komitəsinin yaranması AŞPA Bürosunun qərarıdır. Amma Serj Sərkisyan bu gün burada faktiki olaraq meydan oxudu, dedi ki, sizin nə ixtiyarınız var ki, Ermənistana qarşı belə bir qərar çıxarmısınız. Ona görə bir daha vurğulayıram, biz Azərbaycanı kiməsə xoş gəlmək üçün inkişaf etdirmirik. Biz sadəcə Azərbaycanı azərbaycanlılar üçün inkişaf etdiririk”.

507