Azərbaycan və Koreyanın yerli icra orqanları əməkdaşlıq edəcəklər
21 iyun 2011 11:33 (UTC +04:00)

Azərbaycan və Koreyanın yerli icra orqanları əməkdaşlıq edəcəklər

Prezident Administrasiyasının nümayəndəsi T.Tağıyev və respublikamızın Ağcabədi, Bərdə, Tərtər, Culfa rayonlarının, eləcə də Bakının Xəzər, Nəsimi, Binəqədi, Yasamal rayonlarının icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti 11-19 iyun tarixlərində Koreya Respublikasında səfərdə olub.

Azərbaycanın Kоreya Respublikasındakı səfirliyindən Lent.az-a verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Koreyanın Çunqçeonq əyalətində yerləşən Asan və Boryeonq şəhərlərinin, Seonqnam, Suvon, Kvaçeon, Anyanq şəhərlərinin rəhbərləri ilə görüşlər keçirib, iki ölkənin yerli icra hakimiyyətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar. Görüşlər zamanı xüsusilə şəhərlərin salınması və abadlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi, şəhərdə ətraf mühitin qorunması, şəhər turizminin inkişaf etdirilməsi istiqamətləri üzrə Koreya şəhərlərinin qabaqcıl təcrübələri barədə təqdimatlar dinlənilib, müvafiq materiallar əldə olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bu şəhərlərdə yerləşən müxtəlif obyektlərə ekskursiyalar edib, həmin obyektlərdə tətbiq edilən yeni texnologiya və təcrübələrlə tanış olublar. Bu sırada mədəniyyət, ekologiya və elm parkları, kanalizasiya sisteminə nəzarət mərkəzləri, nəqliyyat və asayişə nəzarət mərkəzi, şəhər zibil emalı mərkəzi, gənclər mərkəzi, yeni salınmış şəhərciklər, istirahət zonaları, turist məkanları, avtomobil və elektron məhsullar istehsal edən zavodları qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar