Əli Həsənov: “Azərbaycan güc yolu ilə torpaqlarını azad edə bilər”
20 iyun 2011 20:02 (UTC +04:00)

Əli Həsənov: “Azərbaycan güc yolu ilə torpaqlarını azad edə bilər”

«Ermənistan hakimiyyətinə sözüm odur ki, düz yola gəlsinlər.

Nə qədər tez başa düşsələr ki, problemi həll etmək lazımdır, erməni xalqı bundan o qədər tez bəhrələnəcək». APA-nın məlumatına görə, bu fikirləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov hesab edir ki, münaqişənin həll olunmamasından uduzan Ermənistandır. “Ermənistanın bu günkü durumu, insanların iqtisadi vəziyyəti Ermənistan rəhbərliyinə böyük işarədir. Bunun sonu yoxdur. Gec-tez Azərbaycan öz torpaqlarını azad edəcək. Bu səbrin tükənən vaxtı ola bilər. Amma Azərbaycan yenidən müharibənin başlanmasını istəmir. Ermənistan belə ikibaşlı oyunları davam etdirsə, Azərbaycan güc yolu ilə torpaqlarını azad edə bilər”.

Baş nazirin müavini əlavə edib ki, iyunun 26-da Azərbaycan xalqı ordusunun nəyə qadir olduğunu, hansı silahlara malik olduğunu görəcək: “Bunu Ermənistan da görəcək. Bizdə olan məlumata görə, orada yaşayan ermənilər, hansı ki siyasətdən kənardırlar, onlar səbirsizliklə gözləyirlər ki problem həllini tapsın. Biz gec tez onlarla qonşuluqda yaşamalıyıq. Onlar bunu nə qədər tez başa düşsə, onlar üçün daha yaxşı olacaq”.

Ə. Həsənov qeyd edib ki, 10 il əvvəl Azərbaycanda üçüncü ölkələrdən 12 min qaçqın olduğu halda, bu say azalaraq 2500-ə enib. Bunların arasında Çeçenistan, Əfqanıstan, Fələstin və digər ölkələrdən olan qaçqınlar var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954

Oxşar yazılar