İslam Partiyası üzvlərinin işi ilə tanışlıq bitdi
Bu barədə Lent.az-a vəkil Anar Qasımov məlumat verib. O bildirib ki, ittiham olunan tərəfin vəkilləri istintaq materialları ilə tanışlığı artıq yekunlaşdırıb və istintaqa təqdim edilməsi üçün vəsatətlər hazırlayırlar.
Vəkil deyib ki, müdafiə etdiyi şəxslərin məhkəməsinin iyul ayının ortalarına doğru başlayacağı ehtimal edilir.
Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədri və onun yaxın adamları Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), və 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham edilir. 28,214.2.1 (qabaqcadan əlbir olaraq mütəşəkkil qrup tərəfindən cinayətin hazırlanması) və 278 (hakimiyyətin zorla ələ keçirilməsi) maddələrlə ittiham olunurlar.
Anar GƏRAYLI

463