“Hakimiyyətin mətbəxi” harda yerləşir? - REPLİKA
AXCP-dəki mənbədən Lent.az-a daxil olan məlumat beləydi: “AXCP sədrinin müavini Fuad Qəhrəmanlının evində keçirilən iclasda bir neçə nəfər mitinq keçirilməsi ilə bağlı qərarın gecikməsinin düzgün olmadığını bildirib. Lakin RH-nin əksər üzvləri aprelin 17-də keçirilmiş kütləvi aksiyanın uğursuz olduğunu, partiya funksionerlərini polislə üz-üzə qoymağın mənasızlığını qeyd edərək, payıza qədər mitinq keçirməklə bağlı qərarların təxirə salınmasını vacib hesab ediblər. AXCP RH-də İctimai Palatanın bu gün keçiriləcək toplantısında indiki məqamda kütləvi aksiyaların effektsiz olması ilə bağlı çıxışlar edilməsi və mitinqlə bağlı qərar olarsa, bunun əleyhinə səs verilməsi ilə bağlı razılıq əldə olunub”.
İclasın keçirildiyi evin sahibi F. Qəhrəmanlı “Yeni Müsavat”a bu xəbərlə bağlı verdiyi açıqlamasında demişdi: “Hesab edirik ki, bu kimi xəbərlər məqsədli şəkildə hakimiyyət mətbəxində hazırlanaraq ötürülür. Bununla cəmiyyətdə, müxalifət düşərgəsində çaşqınlıq yaratmaq istəyirlər. Rəyasət Heyətinin toplantısında kütləvi aksiyaların davamlı olaraq keçirilməsi qərara alınıb. Eyni zamanda 17 aprel aksiyasının nəticələri müzakirə olunaraq qərar gəlinib ki, mitinqlərin daha kütləvi, keyfiyyətli keçirilməsi üçün hazırlıq işləri gücləndirilsin. Bu barədə partiyanın rayon təşkilatlarına xüsusi göstəriş verilib. Nəzərdə tutulub ki, aksiyalara daha ciddi hazırlıq görülsün və bu işlər İctimai Palata ilə əlaqələndirsin”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu gün İctimai Palatanın iclasında isə bildirib ki, “birdən deyərlər ki, qorxdular” prinsipi ilə aksiya təyin etmək düzgün deyil: “Biz kütləvi aksiyaların keçirilməsinin tərəfdarıyıq. Ancaq bunu ağıllı şəkildə, təşkilatlanaraq etməliyik. Elə hazırlaşmalıyıq ki, qarşımızı ala bilməsinlər. Elə etməliyik ki, aprelin 17-si tendensiyası təkrarlanmasın”.
Fuad Qəhrəmanlının o biri həmkarı Nurəddin Məmmədli də çıxışında aksiya keçirilməsinin tərəfdarı olduğunu, lakin buna ciddi hazırlaşmağın zəruriliyini vurğulayıb: “17 aprel aksiya göstərdi ki, Azərbaycan xalqı hələ bu mübarizəyə hələ hazır deyil. Aksiyalar müxalifətin olmamalı, ümumxalq hərəkatına çevrilməlidir”.
Və qərar! İctimai Palata may ayı ərzində heç bir kütləvi aksiya təyin etməyib, hətta bu səlahiyyəti İP Koordinasiya Şurasına da verməyib.
Bax belə... Bir sutka ərzində Fuad Qəhrəmanlının iki fərqli açıqlaması ilə tanış oluruq.
Lent.az-ın xəbərinin doğru olduğunu yoxlamaq üçün cəmi bir gün gözləməyə ehtiyac vardı. Amma o xəbər yazılanda belə, onun doğru olduğunu ən yaxşı bilənlərdən biri elə Fuad Qəhrəmanlıdır. Niyəsini özü əla bilir.
O iclasda başqa mətləblər də müzakirə olunub, Qərbdə işbirliyində olan “diplomatların” adı çəkilib və s.
Əgər Əli Kərimlinin 4-5 nəfərlə elədiyi söhbət Lent.az-a gəlib çıxırsa, bu, bizim yox, 4-5 etibarlı adamı olmayanların problemidi. Bəlkə də etibarlılıq dərəcəsini yoxlamağa iclas yerindən başlamaq lazımdı? Bu yerdə adamın yadına Fuad Qəhrəmanlının “hakimiyyətin mətbəxi” ifadəsi düşür.
Bizim yazdığımız danışıqlar, müzakirələr bir mətbəxdə baş verib. Əcaba, o mətbəx Mehdiabadda, Fuad Qəhrəmanlının evində yerləşməsin? Xeyli şübhəyə də əsas var. Niyə 2 aprel mitinqi ilə bağlı açılmış cinayət işinin 13 təqsirləndirilənindən tək Fuad Qəhrəmanlıya xüsusi şans tanındı? Deyəsən, mətbəxdən başqa qoxular gəlir axı...
Və ən əsası... Lent.az bu xəbəri dünən yazmışdı, İP-nin iclası isə bu gün idi. Əgər biz “hakimiyyətin mətbəxində hazırlanmış planı” paylaşmışdıqsa, Siz, nə əcəb, o planı alt-üst etmədiniz? Bu gün AXCP-dən olanlar “iki gün sonraya mitinq təyin edək” deyib, çıxış edərdilər, biz də yalan yazmış olaydıq.
Onu etmədilər, çünki qərar beləydi. Heç olmasa, dünən təkzib verən Fuad Qəhrəmanlını ssenaridən çıxarardınız...

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29