Əli Əhmədov: “Xalq onların səylərinə nəinki biganədir, hətta kəskin etiraz edir”
23 aprel 2011 14:12 (UTC +04:00)

Əli Əhmədov: “Xalq onların səylərinə nəinki biganədir, hətta kəskin etiraz edir”

“Müxalifət partiyaların üzvü olmuş adamların kütləvi şəkildə həmin partiyaların sıralarını tərk etmələrini Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətindəki fəlaiyyətinə reaksiya kimi dəyərləndirirəm”.

APA-nən məlumatına görə, bu açıqlamanı jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov verib. Ə. Əhmədov bildirib ki, bir sıra partiyalar Azərbaycanın gənclərini ayrı-ayrı maraqlı qüvvələrin sifarişlərinə uyğun şəkildə ölkədə ictimai-siyasi sabitliyi pozmaq istiqamətində fəallaşdırmağa çalışır: “Bu partiyaları dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, hətta kəskin şəkildə öz etirazlarını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə etdiyi nailiyyətlər Heydər Əliyevin böyük səyləri nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində möhkəmlənib. Bundan sonrakı sabitlik də həmin sabitliyə istinad edəcək”.

YAP sədrinin müavini müxalifətdə təmsil olunan bir sıra partiyaların kütləvi aksiya keçirmək cəhdlərini pisləyərək, nəticəsi adlandırıb: “Müxalifətin radikal qanadındakı partiyaların kütləvi aksiyalar keçirmək cəhdləri biabırçılıqla iflasa uğradığının şahidi olmuşuq. Sonuncu kütləvi aksiya cəhdində nə qədər şəxsin iştirak etdiyinin şahidisiniz. Bir neçə gənci aldadaraq küçələrə tökməklə kütləvi aksiya keçirmək mümkün deyil və bunun adını da mitinq qoymaq olmaz. Bir neçə nəfərin hesabına ölkədə sabitliyi pozmaq da mümkün deyil. Onların bu hərəkətləri xalqın onlara qarşı ikrah hissini daha da gücləndirir. Ona görə də onların sıraları seyrəlir və partiyalar kənarlaşır”.

Ə. Əhmədov kütləvi aksiyalara üstünlük verən partiyaları mövqelərini dəyişməyə çağırıb: “Radikal müxalifətçilik öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur. Əgər onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Onların sıralarında qalan az sayda adamlar da həmin partiyalardan kənarlaşacaq, aldadılıb cəlb olunan gənclər də səhv yola cəlb olunduqlarını dərk edəcəklər. Azərbaycanda radikalçılığa, aqressivliyə yer yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar