DİN aprelin 30-da aksiya keçirmək çağırışına münasibət bildirib
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, iki il əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisənin ildönümü ilə əlaqədar şübhəsiz ki, həmin təhsil ocağında professor-müəllim və tələbə heyətinin iştirakı ilə anım mərasimi keçiriləcək: “Faciə qurbanlarının xatirəsini anmaq istəyən hər bir vətəndaş, həmin törənə qatıla, dünyasını dəyişmiş şəxslərə bu yolla ehtiramını bildirə bilər. Lakin ictimai asayişi, sabitliyi pozmaq istəyən müəyyən qüvvələr bu faciədən siyasi məqsədləri üçün istifadə edərək Akademiyanın qarşısında və yaxud ona yaxın ərazidə şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiya keçirməyə cəhd göstərərsə, bunun qarşısı polis əməkdaşları tərəfindən alınacaq”.
Qeyd edək ki, bir qrup gənc sosial şəbəkələrdə, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qanlı hadisənin qurbanlarını yad etmək məqsədi ilə çağırış edib. Onlar çağırışlarında aprelin 30-u saat 14:00-da Cəfər Cabbarlının heykəlinin ətrafında toplaşacaqlarını qeyd ediblər və ölkə gənclərini bu aksiyada iştirak etməyə çağırıblar.
Xatırladaq ki, 2009-cu il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29