“Qafqazda “erməni məsələsi”” kitabının təqdimatı keçirilib
APA-nın məlumatına görə, 1724-1914-cü illər arasında Rusiya arxiv sənədləri və nəşrləri üzrə hazırlanmış kitab 3 cilddə nəşr edilib.
Tədbirdə çıxış edən AAC-ın təsisçisi və sədri Tale Heydərov cəmiyyətin gördüyü işlər barədə məlumat verib. T. Heydərov bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni cəhətdən tanıtmaqdır: “Bizim əsas məqsədimiz həm də Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır”.
Cəmiyyətin gördüyü işlərdən danışan T. Heydərov “Vision Azerbaijan” jurnalından, Azərbaycan barəsində «100 suala cavab» kitabını hazırladıqlarını, bir sıra dillərdə nəşr etdiklərini deyib. İndiyədək bu kitabın 5 dildə nəşr olunduğunu deyən sədr daha 3 dilə də tərcümə olunmasının planlaşdırıldığını bildirib.
“Qafqazda “erməni məsələsi”” kitabının Rusiya hərbi arxivlərinin məlumatları əsasında hazırlandığını deyən T. Heydərov kitabdakı sənədlərin çoxunun ilk dəfə açıqlandığını bildirib: “Bu kitabda o zamankı imperiyanın Cənubi Qafqaz siyasətini tənqid edən Rusiya ziyalılarının fikirləri də yer alıb. Onlar açıq çıxış edirdilər ki, bölgədə problemi yaradan ermənilərdir. Nə Qafqazda, nə də Şərqi Anadoluda ermənilərə qarşı soyqırım olmayıb. Əksinə soyqırımı türklərə qarşı ermənilər törədiblər”.
Tarixçi alim Yaqub Mahmudov AAC tərəfindən nəşr olunmuş kitabın Azərbaycan tarixi üçün mühüm hadisə adlandırıb: “Təkcə kitabın adı çox mühümdür. Bu onu göstərir ki, ermənilər Qafqaza 19-cu əsrdə köçürülüblər. Kitabın elmi əhəmiyyəti də böyükdür. Bu gün Azərbaycan torpaqlarında dövlət qurmuş ermənilər Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq istəyirlər. Bu kitabdakı tutarlı faktlar həm ermənilərə, həm də onların havadarlarına tutarlı cavabdı”.
Y. Mahmudov deyib ki, çar Pyotrdan başlamış bu siyasəti bu gün Rusiyanın bəzi siyasətçiləri də dəstəkləyir. Hətta bundan qürurlananlar da var: “Burada Türkmənçay müqaviləsindən Berlin traktatına qədər bütün sənədlər əksini tapır. Bu onu göstərir ki, ermənilər bu torpaqlara köçürülüblər”.
«Vision of Azerbaijan» jurnalının redaktoru Yan Pört isə bildirib ki, «erməni soyqırımı» qətnamələrinə qol çəkənlər bəzən nəyə imza atdıqlarını bilmirlər: “Kitabda faktların göstərilməsi və sənədlərlə sübuta yetirilməsi mühümdür və dünya alimləri bu kitabdan bəhrələnəcəklər. Siyasətçilər debatlarında bu faktlardan yararlanacaqlar. Mən üzümü dünya tarixçilərinə tutaraq deyirəm ki, çıxışlarında bu kitabdakı faktlara müraciət etsinlər”.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə qeyd edib ki, Rusiya da daxil olmaqla Avropa ölkələri ötən əsrdə özlərinin müstəmləkəçiliklə bağlı bütün fəaliyyətlərini sənədləşdiriblər. Nəticə olaraq kiçik xalqlar sonradan belə problemlərlə üzləşib: «Bizi 21 əsrdə çox strateji vəzifələr gözləyir. Ən əsası isə erməni məsələsini çox dəqiqliklə dünya ictimaiyyətinin dünya siyasətini formalaşdıran mərkəzlərin diqqətinə faktlarla çatdırmalıyıq. Azərbaycan xalqının bütün etnik tarixi təhlil olunmalı, 20-ci əsrdə müstəqillik yolunda atdığı addımlar və sonrakı proseslər dünya ictimaiyyətinə çatdırılmalı, beyinlərinə yeridilməlidir. Tale Heydərovun bu sahədə fəaliyyəti, nəşr olunmuş kitab işin başlanğıcıdır. Bu kitabın dünyanın aparıcı elm mərkəzlərinə, kitabxanalarına, strateji mərkəzlərinə yerləşdirilməsi, mahiyyəti barədə media vasitəsilə cəmiyyətləri məlumatlandırılmasına ehtiyac var. Həqiqi soyqırıma məruz qalan Azərbaycan xalqı ilə özü haqqında «soyqırım» mifi yaradan ermənilər arasında fərqi dünya görməlidir”.
Ə. Həsənov onu da qeyd edib ki, AAC bu sahədə çox aktiv fəaliyyət göstərib. PA rəsmisi onu da qeyd edib ki, dünya arxivlərindəki Azərbaycan qaynaqları öyrənilməli və təhlil olunmalıdır.
Qeyd edək ki, kitab Azərbaycan dilindən əvvəl rus və ingilis dillərində Bakı, London və Sankt-Peterburqda çap olunub. Kitabda həmçinin erməni-qriqorian kilsəsi və Daşnaksütun partiyasının oynadığı rola dair sənədlər və materiallar da yer alıb. Tədbirdə qeyd olunub ki, Rusiyada kitabın nəşri ermənilərin təzyiqi ilə qarşılanıb. Buna baxmayaraq, hazırda kitab Rusiyanın bütün kitab mağazalarında yayımlanır. Londonda da məşhur alimlərin rəyi ilə çap olunub, həmçinin «amazon.com» saytında yerləşdirilib.

1542